Maqazin

Azərbaycanlı aktrisa gizlətdiyi peşəsini açıqladı: “PULLAR QAZANIRDIM”

Azərbaycanlı aktrisa gizlətdiyi peşəsini açıqladı: “PULLAR QAZANIRDIM”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Vəfa Zeynalova televiziyada yayımlanan “Sənətdən kənar” proqramının qonağı olub.

7Times.az Lent.az-a istinadən xəbər verir ki, aktrisa aparıcı Sənubər İsgəndərlinin suallarını cavablandırıb. O, hamıdan gizlətdiyi işindən də bəhs edib.

Vəfa Zeynalova illərlə gözəllik salonunda çalışdığını bildirib.”Aktrisa olmazdan əvvəl tələbə kimi getdim və öyrəndim. Universitetə daxil olanda bu işi atdım. Evdə, qonşuda, yaxınlarda hər kəs mənim yanıma gələrdi. Məhlədə xanımların saçını mən kəsir, makiyajını edirdim. Həmin vaxt işləyirdim, gənc qız idim, tələbə olmağa hazırlaşırdım. Sonra salon açdım, özüm də çalışırdım. Sonra layihələr başladı, vaxt etibarı ilə çatdırmadım və uzaqlaşdım. Çox pul, hədsiz böyük pullar qazanırdım, evə kömək edirdim. İlk qazancımdan dəri gödəkcə aldım”- deyə aktrisa qeyd edib.