“Səbail”in futbolçusu Nikolas Raysel Fransa mətbuatına açıqlama verib.
7times.az xəbər verir ki, Raysel 2013-cü ildə PSJ-dən ayrılmasının səbəbini açıqlayıb:
“Müqaviləmin bitməsinə iki il qalmış ciddi zədə aldım. Zədədən yaxşı qayıtsam da, başqalarından daha çox işləməli olduğumu bilirdim. Çünki mən heç vaxt akademiyanın böyük istedadı olmamışam. Məşqçilər yalnız ən yaxşıları seçdilər və mən onlardan biri deyildim”.
Qeyd edək ki, 2011-2013-cü illərdə PSJ-nin ikinci komandasında çıxış edən Nikolas Raysel 2020-ci ildən Azərbaycanda oynayır. 28 yaşlı hücumçu “Səbail”dən əvvəl “Qəbələ”də çıxış edib. Yenisabah.az
Follow @7timesaz