Əməkdar artist Nahidə Orucova və vəkil Şəfiqə Nağıyeva arasında gərginlik yaşanıb.
7times.az xəbər verir ki, ARB telekenalında yayımlanan “Elgizlə İzlə” proqramının qonağı olan aktrisa Şəfiqə Nağıyevanın onu bəyənmədiyini deyib.
Aparıcı Elgiz Əkbər isə “Rəhman Rəhmanovu sevir amma” sözlərinə aktrisa “Kişidir, ondan xoşu gələcək də”, – deyib.
Onun bu fikirləri vəkili özündən çıxarıb:
“Zorla ürəyimə girə bilərsiz? Sevmirəm sizi. Səbəbini deyə bilmərəm, demirəm. Yaxşı söz danışmadınız. Kişiləri sevərsiz, mən yox. Danışıq tərzini bilmək lazımdır. Sözü ağızda fırladıb çıxarmaq lazımdır. Özümə qiymət verirəm, dediyiniz söz özünüzə aiddir. Rəhman mənim qardaşımdır”.
Həmin görüntüləri təqdim edirik:
Follow @7timesaz