“2022-ci ildə lirənin dollar və digər xarici valyutalar qarşısında gücləndirəcək strateji addımlar atılacaq. Bunlar da Qərb dünyasının xoşuna gəlməyəcək. Bundan başqa, digər strateji hadisələr də baş verəcək. Xüsusən də Türkiyədə istehsal olunmuş beşinci nəsil qırıcılarının havaya qaldırılmasının şahidi olacağıq. Bunlarla yanaşı, digər ən müasir silahlar təqdim ediləcək. Türkiyə xalqı Ərdoğan hakimiyyətinin nə qədər gərəkli olduğunu əyani şəkildə bir daha görəcək. Bu baxımdan, Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə növbəti dəfə prezident seçiləcəyinə şübhəm yoxdur”.
Kanal.az Politoloq Natiq Mirinin Teleqraf.com-a müsahibəsinin bir hissəsini təqdim edir:
– Türkiyədə lirənin kəskin şəkildə ucuzlaşması müşahidə olunur. Bu məsələ ətrafında müxtəlif fərziyyələr irəli sürülür, əsas fikir isə bundan ibarətdir ki, bu, Türkiyə qarşı oynanılan siyasi oyunun tərkib hissəsidir. Siz bu haqda nə düşünürsünüz?
– Türkiyədəki bu proses təkcə lirənin ucuzlaşması ilə bağlı deyil, bunun arxasında siyasi məqsədlər durur. Bu, Qərb və ya ABŞ-ın maliyyə institutlarının və kəşfiyyat orqanlarının apardığı əməliyyatdır. Yəni süni əməliyyatlarla lirəni ucuzlaşdırıb qiymət artmına səbəb olmaqla, Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hökumətə qarşı daxildə etiraz yaratmaq istəyirlər. Çünki 2023-cü ildə Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək. Bu seçkilərdən əvvəl ictimai-siyasi fikri Ərdoğanın əleyhinə yönəltməklə məqsədlərinə çatmaq istəyirlər. Məqsəd də Qərb kəşfiyyatının “casus yuvası”na çevirdiyi CHP, PKK terror təşkilatının siyasi qanadı HDP və digər bir sıra müxalif partiyaları ona qarşı birləşdirməkdir. Bu, uzaq strateji hədəfdir. Yaxın hədəf isə hökuməti erkən seçkilərə məcbur etməkdir. Çünki indiki məqamda belə bir seçkinin AKP hakimiyyətinin xeyrinə olmayacağını düşünürlər. Bunu da ona görə etmək istəyirlər ki, 2022-2023-cü illərdə Türkiyə üçün strateji və tarixi addımlar atılacaq. Bunlar AKP-nin cəmiyyətdəki mövqelərini gücləndirəcək ki, bu da seçkilərdə Cümhur İttifaqının qalib gəlməsinə şərait yarada bilər.
Bunun qarşısını almaq istəyənlər erkən seçkilərin keçirilməsinə zəmin yaratmağa çalışırlar. Amma bunun baş verəcəyini düşünmürəm. Çünki Türkiyədə siyasi və ya hakimiyyət böhranı, eləcə də hakimiyyət boşluğu da yoxdur. Ayrıca, Türkiyədə elə bir ciddi proses də getmir ki, AKP məcbur olub erkən seçkilərə getsin. Güclü Türkiyə hakimiyyəti və dövləti var, buna görə də, Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, seçilər 2023-cü ilin iyun ayında keçiriləcək.
Bütün bu çirkin oyunların əsas hədəfi Ərdoğandır. Dünyada ən güclü lider olan Rəcəb Tayyib Ərdoğan faktoru qlobal gücləri, xüsusən də ABŞ və Avropa Birliyini ciddi şəkildə narahat edir. Çünki o, müstəqil siyasət yürüdür, artıq kənardan idarə olunan Türkiyə yoxdur. Bu gün müstəqil, hərbi-siyasi baxımdan güclü, hərbi təchizatının 80 faizini özü təmin edən Türkiyə var. Bu, Türkiyənin “müttəfiqlər”inə sərf etmir. Buna görə də, Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq üçün hər vasitəyə əl atırlar. Düşünürəm ki, buna nail ola bilməyəcəklər.
– Yəni Rəcəb Tayyib Ərdoğan 2023-cü il seçkilərində öz yerini qoruya biləcək?
– 2022-ci ildə lirənin dollar və digər xarici valyutalar qarşısında gücləndirəcək strateji addımlar atılacaq. Bunlar da Qərb dünyasının xoşuna gəlməyəcək. Bundan başqa, digər strateji hadisələr də baş verəcək. Xüsusən də Türkiyədə istehsalı olunmuş beşinci nəsil qırıcılarının havaya qaldırılmasının şahidi olacağıq. Bunlarla yanaşı, digər ən müasir silahlar təqdim ediləcək. Türkiyə xalqı Ərdoğan hakimiyyətinin nə qədər gərəkli olduğunu əyani şəkildə bir daha görəcək. Bu baxımdan, Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə növbəti dəfə prezident seçiləcəyinə şübhəm yoxdur.
Follow @7timesaz