Maqazin

“Həyat yoldaşımın şəkillərini kim paylaşsa, onları polisə verəcəyəm…” – FOTO

“Həyat yoldaşımın şəkillərini kim paylaşsa, onları polisə verəcəyəm…” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Nişanlımla bir dəfə şəkil paylaşdım və sildim. Mən həmin şəkili səhifəmdən silsəm də bir çox sosial şəbəkələrdə nişanlımın şəkili qalmaqdadır. O demək deyil ki, mənimlə bağlı xəbərlərdə onun şəkili yayımlanmalıdır. O hərbçidir və elə bir yerdə çalışır ki, fotosunun sosial şəbəkələrdə yayılması heç cür qəbul edilən hal deyil. Bundan sonra onun fotolarını hansı sosial şəbəkələrdəki səhifələrdə görsəm polisə şikayət edəcəyəm”
7times.az xəbər verir ki, bunu əməkdar artist Nigar Şabanova instaqramda açdığı canlı yayım zamanı deyib. O daha sonra əlavə edib.
“Bu günlərdə görün nə qədər hərbçilər ordu sıralarından çıxarıldı. Onlar sizin paylaşdığınız video və fotolara görə işlərindən oldular. Siz əgər həmin oğulların zəhmətinə hörmət qoysaydınız o şəkillərin yayılmasına şərait yaratmazdınız. Reytinq xatirinə hər şeyi məhv etməyin, ayıbdır. Allahdan azca qorxunuz olsun. Sosial şəbəkələrdə mənim şəkilimin altından təhqir mesajı yazan bir şəxs bu günlərdə hüquq-mühafizə orqanları tərəfindən tapılaraq saxlanıldı və məndən üzr istədi. Ona lazımı cəzanı verdilər. Bu inşallah ki, sizə dərs olar. Bundan sonra mənim haqqımda şərh yazanda diqqətli olun. Çünki sizin də cəzanız veriləcək. Bundan sonra öz ailəsinə, qadınına yaraşdırmayan təhqir dolu rəyi mənə kimsə yaraşdırıb yazarsa, yeri gəlsə 100 adamın 100-də polisə şikayət edəcəyəm. Mən heç kimin ailəsini təhqir etmirəm, haram çörək yemirəm, namusumu, qeyrətimi qorumuşam ki, bu gün də belə bir igid oğulun ailəsiyəm. Ailəmlə fəxr edirəm.  Bu gün onun yolunu gözləyən bir xanımam” deyə əməkdar artist bildirib. Moderator.az