Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında əməliyyatlara davam edir.
Təhlükəsizlik bölmələrinin bölgədə keçirdiyi əməliyyatlarda Garada dörd, Kandildə isə iki PKK terrorçusu zərərsizləşdirilib. Garada zərərsizləşdirilən terrorçulardan birinin PKK/KCK-nın xarici əlaqələr “nümayəndəsi” Nihat Görən (kod adı – “Botan”) olduğu müəyyən edilib.
Bir müddət PKK-nın “TAK” təşkilatında olan terrorçu Görən Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Pençe” əməliyyatlarında yaralanmışdı, ancaq müalicəsinin ardından Garada fəaliyyət göstərməyə davam edirdi.//oxu.az
Mənbə: Anadolu Agentliyi
Follow @7timesaz