Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7times.az xəbər verir ki, ” Qafqazinfo”nun məlumatına görə, hadisə ötən axşam rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Bakıdan gəldiyi avtomobildən yol ayrıcında düşən rayonun Nəsimi kənd sakini, 1975-ci il təvəllüdlü Bağışov Rafət Abiddin oğlunu maşın vurub.
Xəsərət alan şəxs xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, 5 ay öncə Rusiyaya işləməyə gedən R.Baxışov ötən gün ailəsinin yanına qayıdırmış.
Surxay Şahbazov
Follow @7timesaz