2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.
7times.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində gerçəkləşən tədbirdə pley-off cütlükləri müəyyənləşib.
Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi C yolunda mübarizə aparacaq. “Ay-ulduzlular” yarımfinalda Portuqaliya yığması ilə qarşılaşacaq. Ştefan Kuntsun baş məşqçi olduğu kollektiv finala yüksələcəyi təqdirdə İtaliya – Şimali Makedoniya cütünün qalibini evdə qəbul edəcək.
DÇ-2022, pley-off mərhələsi
A yolu
Yarımfinal
1. Şotlandiya – Ukrayna
2. Uels – Avstriya
Final
2 cütünün qalibi – 1 cütünün qalibi
B yolu
Yarımfinal
1. Rusiya – Polşa
2. İsveç – Çexiya
Final
1 cütünün qalibi – 2 cütünün qalibi
C yolu
Yarımfinal
1. İtaliya – Şimali Makedoniya
2. Portuqaliya – Türkiyə
Final
2 cütünün qalibi – 1 cütünün qalibi
Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il 24 martda, final matçları isə 29 martda baş tutacaq.
Follow @7timesaz