Dünya

Türkiyədən dünyanın beş ölkəsinə giriş-çıxışlar müvəqqəti dayandırılıb

Türkiyədən dünyanın beş ölkəsinə giriş-çıxışlar müvəqqəti dayandırılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID-19-un yeni-Nu ştamının yayılması səbəbindən Türkiyədən dünyanın beş ölkəsinə bütün giriş-çıxışlar müvəqqəti dayandırılır.

7times.az xəbər verir ki, bu barədə qardaş ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

Noyabrın 27-i Türkiyə vaxtı ilə saat 00:00-dan etibarən qüvvəyə minəcək yeni qərar Botsvana, Cənubi Afrika Respublikası, Mozambik, Namibiya və Zimbabveyə şamil olunur. Bu ölkələrdən bütün quru, hava, dəniz və dəmir yolu vasitəsilə Türkiyəyə səyahətə icazə verilməyəcək.

Cənubi Afrika Respublikası və Botsvanada yeni növ koronavirusun çoxlu sayda mutasiyaya uğramış “B.1.1.529” adlı yeni variantı aşkar edilib. “Super variant” olaraq xarakterizə edilən növün 32 mutasiyaya sahib olduğu bildirilir. Bundan əlavə, Cənubi Afrikadan Honq-Konqa səfər edən bir nəfərdə yeni variant aşkarlanıb.

Mütəxəssislər tərəfindən COVID-19 peyvəndinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Omicron” adlandırılan virusun bu növünə qarşı effektivliyi araşdırılır. İlkin araşdırmalara əsasən, “Omicron” daha yüksək yoluxdurma riski daşıyır. /Azertag.az

Günel Məlikova


AZƏRTAC-ın xüsusi müxbiri


İstanbul