“Omikron” ştamı gəlir: “Bu insanlar böyük risk altındadırlar”

“Omikron” ştamı gəlir: “Bu insanlar böyük risk altındadırlar”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COVİD-19 əleyhinə vaksin vurdurmayan və ya vaksinləşmə prosesini tamamlamayanlar böyük risk altındadırlar”.

7times.az bildirir ki, bunu Türkiyə Səhiyyə nazirliyinin Koronavirus Elmi Komitəsinin üzvü, professor Tevfik Özlü deyib. O, insanları diqqətli olmağa çağırıb:

“Hazırkı müddət bir az da davam edəcək. Ən qısa zamanda normal həyata dönməyi arzulasaq da, peyvəndləmə prosesi olduqca əhəmiyyətlidir. Koronavirus əleyhinə vaksin vurduranlar, vurdurmayanlara nisbətən, xəstəliyin öhdəsindən daha rahat gəlirlər. Lakin vaksin vurdurmayanlar risk altında və müdafiəsiz vəziyyətdədirlər. Edilən araşdırmalara əsasən, 6 ay keçəndən sonra müdafiə gücü azalır və xatırlatma dozuna ehtiyac yaranır. Hər kəsin vaksinlərini tam dozalı qəbul etməsində fayda var”.

Mütəxəssis, həmçinin vaksinlərdən əlavə, qapalı məkanlara çox gedilməməsini, maskalardan istifa edilməsini də tövsiyə edib.
Qeyd edək ki, hazırda Dünyada koronavirusun yeni variantı olan “Omikron” sürətlə yayılmaqdadır.

sfera.az