İdman

UEFA “Qarabağ”la oyundakı insidentə görə “Omoniya”nı CƏRİMƏLƏDİ

UEFA “Qarabağ”la oyundakı insidentə görə “Omoniya”nı CƏRİMƏLƏDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ”ın Konfrans Liqasındakı rəqiblərindən olan Kipr “Omoniya”sını cərimələyib.

7times.az qurumun saytına istinadən xəbər verir ki, buna Nikosiya təmsilçisinin azarkeşlərinin evdə Ağdam klubuna qarşı keçirilmiş qrup oyununda meydana yad əşyalar atması səbəb olub.

Nəticədə kluba 3 750 avro məbləğində cərimə kəsilib. “Omoniya” qərar verildikdən sonra 90 gün müddətində cəriməni ödəməlidir.

Bu zaman kiprli tərəfdarlar meydana su şüşələri atıblar. Komandalar arasında Bakıda keçirilən və 2:2 bərabərliklə başa çatan oyunda insident yaşanmayıb.