Rusiyada artıq koronavirusun yeni “omikron” ştamı ilə yoluxmuş xəstələr var.
7times.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın əməkdar həkimi Vladimir Kruqlıy bildirib.
Əməkdar həkim bildirib ki, ştam böyük ehtimalla Rusiyada mövcuddur. Onun sözlərinə görə ştamın yayılmasına səbəb Misirə səfər etmiş Rusiya vətəndaşlarıdır.
Həkim “omikron” ştamı öyrənilənə qədər Misir Ərəb Respublikası ilə uçuşların bağlanmasına çağırıb.
Follow @7timesaz