Müğənni Kərim Abasov şantaj olunduğu üçün intihar edən qızla bağlı xəbərə münasibət bildirib.
7times.az xəbər verir ki, müğənni kişilərin ünvanına təhqirlər yazıb:
“Gör, hansı zəmanəyə gəldik çatdıq… Heç kimlə danışa bilmirsən, hamısı şantajla məşğuldur. Yazıq qız bədbəxt oldu. İndi qadınlar yox, kişi qırıqları şantaj edir. Sizin kişiliyinizə tüpürüm. Kimə dost deyirsən, ürək açırsan, axırda səni şantaj edir. Əslində zəmanə yaxşıdır, insanlardı… Allahın lənəti sizə olsun”.
Follow @7timesaz