“Qalatasaray” klubunun 37-ci prezidenti Mustafa Cengiz dünyasını dəyişib.
7times.az xəbər verir ki, bu barədə klubun rəsmi Tvitter səhifəsində məlumat verilib.
““Qalatasaray” klubunun 37-ci prezidenti Mustafa Cengizi itirdik. Allahdan ona rəhmət diləyir, ailəsinə, sevənlərinə və ictimaiyyətimizə başsağlığı veririk”.
Qeyd edək ki, “sarı-qırmızılar”a 2018-ci ildən rəhbərlik edən Mustafa Cengiz mədə xərçəngi diaqnozu ilə müalicə alırdı. Bu ilin sentyabrında səhhəti pisləşən Cengiz xəstəxanaya yerləşdirilmişdi.
Follow @7timesaz