Azərbaycanda nəqliyyat vasitəsini qəsdən şöbə müdiri və qohumunun üzərinə sürən şəxsin fotosu yayılıb.
7times hadisəni törədən İsmayıllı rayon sakini Fazil Ağamirzəyevin şəklini əldə edib.
Həmin fotonu təqdim edirik:
14:08
VAZ-2107 markalı avtomobilin sürücüsünün yolun əks istiqamətinə çıxaraq qəsdən səki ilə hərəkətdə olan piyadaların üzərinə sürdüyü və onları vuraraq xəsarət yetirdiyi bildirilib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Hadisənin İsmayıllı rayonunda baş verdiyi bildirilir.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə noyabrın 28-də saat 16:40 radələrində baş verib:
“İsmayıllı rayon sakini Fazil Ağamirzəyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən əvvəlcədən aralarında ədavət olan rayon sakini Elçin Abbasov və onun qohumu Rövşən Əzizovun yolun əks istiqamətindəki səkidə piyada hərəkətdə olduğunu görüb və nəqliyyat vasitəsini qəsdən onların üzərinə sürüb.
Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib”.
M.Məsimov qeyd edib ki, faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma-ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, F.Ağamirzəyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Qeyd edək ki, E.Abbasov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiridir.//Oxu.Az
Follow @7timesaz