Türkiyədə fırtınalı hava şəraiti bir çox yerlərdə dağıntıya səbəb olub, ölənlər və yaralananlar var.
7times.az-ın xəbərinə görə, İstanbulun Esenyurt rayonunda güclü külək binanın damının uçmasına səbəb olub, iki nəfər həyatını itirib.
İstanbulun bəzi ərazilərində küləyin sürəti saniyədə 130 kilometrə yüksəlib, dağıntılar səbəbindən indiyədək 9 nəfər yaralanıb.
İstanbulun Çatalca rayonunda güclü külək saat qülləsini aşırıb. Unikal.org
Follow @7timesaz