“Twitter” sosial şəbəkəsinin təsisçisi və baş direktoru Cek Dorsi vəzifəsindən istefa verib.
7times.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Cek Dorsinin yerinə direktorlar şurası tərəfindən yekdilliklə hazırki texniki direktor Paraq Aqraval təsdiqlənib.
Qeyd edək ki, istefanın səbəbləri açıqlanmayıb.
Follow @7timesaz