Donbası qaytarmaq istəyiriksə, bir-birimizə həqiqəti danışmaqdan qorxmamalıyıq.
7times xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O, Rusiya ilə birbaşa danışıqlar olmadan müharibəni dayandıra bilməyəcəklərini, bunu bütün xarici tərəfdaşların anladığını, lakin ölkə daxilində bəzilərinin anlamadığını qeyd edib.
Zelenski Avropa ölkələrindən hansıların onları həqiqətən dəstəklədiyini və hansıların rol oynadığını bildiklərini deyib və onlara səmimi şəkildə yardım edənlərə təşəkkür edib.//Axar.az
Follow @7timesaz