Dünya

İrandan Əfqanıstanla sərhəddəki vəziyyətlə bağlı – Açıqlama / Yenilənib

İrandan Əfqanıstanla sərhəddəki vəziyyətlə bağlı – Açıqlama / Yenilənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Əfqanıstan sərhədində baş verənlərə münasibət bildirib.

7times.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

“Bu axşam sərhəd bölgəsində yerləşən kənd sakinləri arasındalı anlaşılmazlıq səbəbindən Sistan-Nimroz bölgəsində silahlı qarşıdurma baş verdi. Bu hadisə hər iki tərəfdəki sərhəd mühafizəçilərinin koordinasiyası ilə sona çatdı”, – o qeyd edib.

Agentliyin məlumatına görə, Sistan və Bəlucistan valiliyi hazırda hadisə yerində təhlükəsizliyin bərqərar olduğunu bildirib.

18:17

İran və Əfqanıstan sərhədində İran sərhədçiləri ilə radikal “Taliban” hərəkatının silahlıları arasında ağır silahların tətbiqi ilə irimiqyaslı toqquşma baş verib.

7times.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Aamaj News” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Əfqanıstanın şimalındakı Nimroz vilayətində intensiv silahlı toqquşmalar gedir. “Taliban” nümayəndələri yerli sakinlərdən evlərini tərk etmələrini istəyiblər. Münaqişənin səbəbləri barədə məlumat verilməyib. Qafqazinfo.az