Dünyanın ən qədim amansız qatili hesab edilən və Qanlı Kontes kimi tanınan Elizabet Bathori barədə faktlar eşidənləri dəhşətə gətirir.
7Times.az OXU24.COM-a istinadən xəbər verir ki, Qanlı Kontesin gənc və bakirə qızları öldürüb, qanları ilə çimdiyi faktları onun nə qədər qəddar, amansız olduğunu bir daha təsdiq edir. Qatil Kontesin qurbanları olan gənc, gözəl qızlara etdiyi xüsusi amansızlıq da diqqət çəkir. Belə ki, o, xüsusi amansızlıqla qətlə yetirdiyi qurbanlarını həmin an öldürməzdi, işgəncəli ölümü seçər, həmin anı seyr edərdi. Yaşadığı müddətcə 600-dən çox bakirə qızın qətlində adı hallanan Elizabet, bu dəhşətli əməli ilə dünyanın ən məşhur qatili adını qazanıb.
Tədqiqatçılar bunun ailəvi genetik xəstəlik olduğuna inanırlar və ehtimal olunur ki, Bathori epilepsiya xəstəsi idi. Bu gün tarixçilər və psixiatrlar Bathoridə cinsi kimlik pozğunluğu olduğunu iddia edirlər.
Elizabet Bathori 7 avqust 1560-cı ildə Macaristan Krallığında dünyaya gəlib və uşaqlığını Ecsed qalasında keçirib. Elizabet Macarıstanın Osmanlı və Avstrya ilə apardığı müharibələr zamanı alman, latın və yunan dillərini yüksək səviyyədə öyrənmişdi.
Elizabet valideynlərinin yoxluğunda əmisi və bibisi ilə yaşayırdı. Əmisi və bibisi zorakılıq və işgəncəni sevən insanlar idi. Elizabet Bathori bir gün onların bir adama işgəncə vermək üçün bir atı yarıya böldüyünü, onu atın daxilinə yerləşdirdiklərini və atın ayırdıqları hissəsini yenidən tikdiklərini görür. Bathorinin bu hadisədən çox psixoloji travma aldığı iddia edilir. Lakin bu hadisənin reallığı təsdiq olunmayıb.
Elizabetdə qana və işgəncəyə asıllılıq yaranmışdı. Bir müddət sonra sarayın öldürdüyü kənizlərindən bir zövq almadığını düşünüb gözünü kral ailəsinə yaxınlığı ilə tanınan bakirə qızlara yönəldir. Ədəb, tərbiyə öyrətmək adı ilə evində həmin qızları qəbul edirdi. Ancaq ondan tərbiyə dərsi almaq üçün yanına gələn qızlardan sonra heç bir xəbər çıxmırdı.
Saray çevrəsindəki dedi-qodular krallığa qədər gedib çıxınca, kralın göstərişi ilə bir səlahiyyətli şəxs bu işin araşdırılması üçün ayrıldı. Təxminən 300 şahidlə danışdıqdan sonra qorxunc hadisənin üstü açıldı. Elizabet o qədər rahat idi ki, cəsədləri gizlətmək üçün bir narahatlığı yox idi. Elizabetin evinə basqın zamanı qətlə yetirdiyi qızların cansız bədənləri üzə çıxdı. Ona bu əməlində kömək edən adamlar dərhal edəm edildilər.
Ancaq Elizabet soylu bir ailədən gəldiyi və edam edildiyi təqdirdə ailəsinin adının ləkələnəcəyi üçün edam edilmədi. Bunun əvəzində qalada qaranlıq bir otağa salınaraq, orada saxlanıldı. Divarda sadəcə kiçik bir dəlik var idi, o da yemək vermək üçün açılmışdı.
Elizabet gün işığından və həyat əlamətindən uzaq olan bu otaqda düz 3 il sağ qalmağı bacardı. 21 avqust 1614-cü ildə, 54 yaşında öldü.
Follow @7timesaz