Hadisə

Azərbaycanda qanunsuz ov edən 8 ərəb CƏRİMƏLƏNDİ

Azərbaycanda qanunsuz ov edən 8 ərəb CƏRİMƏLƏNDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonunda Azərbaycanın ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıb.

7Times.az xəbər verir ki, bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, araşdırma zamanı onların Küveyt vətəndaşları Jarrah Alazemi, Ahmad Alazemi, Saad Alazmi, Marzooq Alazmi, Rashed Alazemi, Ayedh Alazimi, Bəhreyn vətəndaşları Abdulla Rebai Hameed Khalaf, Mohamed Abdulwahab Ahmed Alharmasi Alhajrı və İmişli rayon sakini Dilavər İbişov olduğu müəyyən edilib.

Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 10 352 manat məbləğində cərimə olunublar. /KONKRET.az