Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi olub.
7timesaz Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Mais Ləzgi oğlu Qarayevin idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb, maşına isə ciddi ziyan dəyib.
Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz