Hadisə

Polis maşının vurub öldürdüyü şəxsin kimliyini araşdırır

Polis maşının vurub öldürdüyü şəxsin kimliyini araşdırırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabranda avtomobil naməlum şəxsi vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 7times.az-a verilən məlumata görə, hadisə dünən axşam saat 21:30 radələrində Quba-Bakı yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Ford Tranzit” markalı avtomobil 45-50 yaşlı piyadanı vuraraq öldürüb.

Qeyd edək ki, ölən şəxsin kimliyi məlum deyil. Meyit aşkar olunarkən üzərində göy cins şalvar və qara gödəkcə olub.

Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 733-06-06 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.