Tezliklə İrəvanın Erebuni hava limanına 10 erməni əsirini daşıyan təyyarə enəcək.
7times.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti direktorunun keçmiş müavini Boris Avaqyan deyib.
O bildirib ki, erməni əsirləri rusiyalı general Rüstəm Muradov gətirir.
Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti minalanmış ərazilərin xəritələri müqabilində noyabrın 16-da gedən döyüşlərdə əsir götürülən 10 erməni hərbçisinin Ermənistana təhvil verildiyi barədə məlumat yayıb.
Follow @7timesaz