“Koronavirusun mutasiyalarına yunan əlifbasının hərflərinə uyğun adlar verilir və onlar bitərsə, xüsusi ekspert qrupu təyinatlarla bağlı əlavə qərar verəcək”.
7times.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya Federasiyasındakı rəsmi nümayəndəsi Melita Vyunoviç “Moskva” radiosuna açıqlamasında bildirib.
ÜST nümayəndəsi əlavə edib ki, yeni variantların adlarının yunan əlifbası ardıcıllığı ilə adlandırılması insanların onları izləməsini asanlaşdırmaq üçündür:
“Prinsipcə, adlar mutasiyaların ilk aşkar edildiyi yerlərlə bağlı deyil, çünki onlar istənilən vaxt və hər yerdə görünə bilərlər”.
Onun sözlərinə görə, hazırda ən çox yayılmış COVID-19 ştamı “Delta”dır: “Bu yaxınlarda Cənubi Afrikada Omicron olaraq təyin olunan yeni mutasiya kəşf edildi. Əvvəlki iki “Nu” və “Xi” hərfləri niyə boş buraxıldı? “Nu” hərfi ingiliscə “yeni” deməkdir, “Xi”, yəni “Ksi” hərfi isə Çin soyadı səsini verir. Ekspertlər belə qərara gəliblər ki, bu, cəmiyyətdə anti-Çin əhval-ruhiyyəsinə səbəb ola bilər”. Bizim.Media
Follow @7timesaz