Dekabrın 5-də Xəzər dənizində zəlzələ baş verib.
7times.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 19:25-də qeydə alınıb.
Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3.2-ə bərabər olub.
Follow @7timesaz