Xalq artisti Tünzalə Ağayeva “Səs Azərbaycan” yarışmasında iştirakçılarından biri koronavirusa yoluxduğu üçün tələbəsi ilə “qarşıdurma”ya çıxmışdı.
OLAY yazır ki, sənətçi Səbinə Quluzadə ilə Uitni Hyuston və Enriki İqlesiasın “Could I Have This Kiss Forever” mahnısını ifa edib.
Həmin anların görüntüləri sosial mediada yayılıb. Teleaparıcı İrad İsak isə sözügedən videoya rəy yazaraq Tünzalə Ağayevanı və iştirakçını təhqir edib.
“İlahi bu mahnının orijinalı necə həzin, rahat səslə oxunur. Bu, nə bəyirişmədir (kiçikbuynuzlu və balaca heyvanların səslənmələri – red.) belə?”, – deyə, İ.İsaq bildirib.
Follow @7timesaz