“Omikron” ştamına görə bütün dünya koronovirus tədbirlərini sərtləşdirərkən, Çinin şimalındakı Harbin şəhəri maraqlı bir tətbiqlə gündəmə gəlib.
Sfera.az xəbər verir ki, şəhərdə koronavirus testi müsbət çıxan insanlara 1570 dollar ödəniləcək.
Çin dövlət mediası “The Beijing News”a görə, şəhər hökumətinin bu planı, simptomlar görünəndə heç kimlə əlaqə saxlamadan müayinədən keçənləri mükafatlandırmaq məqsədi daşıyır. Mütəxəssislər bu yolla təması minimuma endirməyi hədəfləyirlər.
Follow @7timesaz