Rusiyanın Kazan şəhərində ana ailəni tərk etmək istəyən ərindən qisas almaq üçün qızının döyüb və bunu lentə alıb. Qadın əməlini onunla izah edir ki, ərinin sərxoşluğundan və qalmaqallarından bezdiyi üçün belə addım atıb.
Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, 31 yaşlı Alyona sonuncu mübahisədən sonra qisas almaq üçün plan hazırlayıb.
O, bir yaş yarımlıq qızını döyərək təpikləyib və bunu mobil telefonunun kamerası vasitəsilə çəkib. Kadrları ərinə, o isə təsadüfən anasına – uşağın nənəsinə göndərib. O, polisə zəng edərək onlarla birlikdə mənzilə gəlib.
Körpə beyin silkələnməsi, çoxsaylı göyərmə və sıyrıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Rusiya Federasiyasının İstintaq Komitəsi “işgəncə” maddəsi (7 ilə qədər həbs) ilə cinayət işi başladıb. Həmçinin müəyyən edilib ki, qızı döyülən zaman ana sərxoş olub.