Omikron qlobal iqtisadiyyatın bərpasını ləngidəcək

Omikron qlobal iqtisadiyyatın bərpasını ləngidəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusun Omikron ştammı peyvəndlərin qeyri-bərabər paylanılması fonunda qlobal iqtisadiyyatın bərpasını ləngidəcək.

7times.az Report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala bildirib.

ÜTT rəhbəri qeyd edib ki, Omikron ştammının yayılması səbəblərindən biri peyvəndlərin dünya ölkələrinə bərabər səviyyədə paylanılmamasıdır.

“Əgər biz bu problemi həll etmək üçün çoxlu səy göstərməsək, son nəticədə dünyada davamlı iqtisadi canlanma üçün həqiqətən də böyük risk yaranacaq, çətinliklərlə üzləşməyə davam edəcəyik”, – Okonjo-İveala əlavə edib.