Dünya

900 işçisini işdən qovan şirkət rəhbəri məzuniyyətə yollandı – VİDEO

900 işçisini işdən qovan şirkət rəhbəri məzuniyyətə yollandı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Better.com-un rəhbəri amerikalı Vişal Qarq 900 işçini videozənglə işdən çıxarılması ilə əlaqədar tənqidlərə dözməyərək məzuniyyətə yollanıb.

Bununla bağlı direktorlar şurasının işçilərə yolladığı məktubda deyilir ki, Qarq ötən həftə baş verən hadisələrdən sonra məzuniyyətə çıxıb. Şirkətdən həmçinin bildirib ki, iş mədəniyyətini qiymətləndirmək və təkmilləşdirmək üçün üçüncü tərəfi işə götürüb.

7times.az xəbər verir ki, dekabrın 1-də Better.com ipoteka startapının təsisçisi və baş direktoru Vişal Qarq “Zomm” vasitəsi ilə etdiyi video zəngdə 900 nəfəri birdən işdən çıxarıb.

“Siz əgər bu videodanışıqda iştirak edirsinizsə, deməli işdən qovulan qrupun içindəsiniz… Sizin bu şirkətdə işiniz dayandırılıb”, – deyə o, bildirib.

Çıxışının sonunda o, işçilərə təşəkkür edib, işlərində uğurlar arzulayıb və videonu söndürüb.

Qarq şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib. Bundan sonra şirkət rəhbəri qovulanlara elektron formada üzrxahlıq məktubu yollayaraq, onları bu şəkildə işdən azad etməməli olduğunu etiraf edib.

Oxu.az