Dünya

İranda bakirəlik testinin qadağan edilməsi üçün kampaniya başladılıb

İranda bakirəlik testinin qadağan edilməsi üçün kampaniya başladılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda yaşayan bir qrup vətəndaş qadınlardan bakirəlik testinin götürülməsinin qadağan edilməsi üçün kampaniya başladıb.

“Azad İran” Telegram kanalı xəbər verir ki, onlar bu tələblə parlamentin rəisi Məhəmmədbağır Qalibafa məktub göndərərək Məclisin bununla bağlı qanun qəbul etməsini istəyiblər.

İndiyə qədər kampaniyanın 5 mindən çox imza topladığı bildirilir.

“Həqiqəti gizlətməyin bir faydası yoxdur. Çünki araşdırmalar göstərir ki, (İranda) evlilikdən əvvəl azı bir dəfə cinsi münasibətin yaşanması hər il artmaqdadır”, – deyə Qalibafa göndərilən məktubda qeyd edilib.

Məktubda, habelə bu testdən meydana çıxan evliliklərin, valideynlə övladlar arasında münasibətlərin pozulması və digər bu kimi hallara toxunulub.

Qeyd edək ki, İran hökuməti əksər vaxtlarda bakirəlik testindən qadın siyasi məhbuslara qarşı təzyiq vasitəsi kimi istifadə edir./Oxu.az