“Yeşilçam”ın ulduzu Belgin Dorukun oğlu Aydın Birsel Bursadakı evində ölü tapılıb.
7times.az bildirir ki, Axşam.az türk mediasına istinadən xəbər verir ki, ilkin araşdırmalara görə, Birsel yıxılaraq həyatını itirib.
Hadisə səhər saatlarında Nilüfer məhəlləsində yerləşən 3 mərtəbəli binanın mənzilinin girişində baş verib. Evdən çıxarkən mənzilin qapısının qarşısında qanlar içində hərəkətsiz vəziyyətdə uzanan bir nəfəri görən sakinlər polisə və təcili yardıma zəng vurub. İlkin müdaxilə zamanı şəxsin öldüyü təsdiqlənib.
Həmin şəxs hadisədən bir neçə saat əvvəl də yıxılıb. Başı yerə dəyən və burnundan qan açılan Birsel xəstəxanaya getməkdən imtina edib. O, daha sonra taksiyə minib və İstanbula gəlmək istəyib. Halı pisləşdiyi üçün yenidən evə qayıdıb və mənzilin dəhlizində döşəməyə yıxılaraq dünyasını dəyişib.
Araşdırmalar nəticəsində həyatını itirən şəxsin 54 yaşlı Aydın Birsel olduğu bildirilib. O, mərhum aktrisa Belgin Dorukun oğludur. Faktla bağlı cinayət iş açılıb.
Follow @7timesaz