“Paşinyan artıq baş nazir olmaq istəmir, prezident olmaq istəyir”.
7times.az xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” gündəlik nəşri yazıb. “Göründüyü kimi, konstitusiya dəyişiklikləri və xüsusən də prezident üsul-idarəsinə keçid məsələsi gündəmdədir. Dəfələrlə bildirmişik ki, bu məsələ indiki hakimiyyətin gündəmində qalır”, -deyə nəşr qeyd edib.
“Fakt” qəzetinin mötəbər mənbələrinin məlumatına görə, Nikol Paşinyan Konstitusiyaya əlavə və dəyişiklikləri hazırlamaq üçün yeni komissiya yaratmaq qərarına gəlib. Üstəlik, mənbələr bildirib ki, onun tapşırığı ilə komissiyanın yaradılması üçün təkcə hüquq ictimaiyyəti ilə deyil, həm də sırf hökumətyönlü siyasi qüvvələrin və ictimai sektorun nümayəndələri ilə intensiv danışıqlar aparılır.
Məlumata görə, “plan”da 2022-ci ilin sonuna kimi prezident seçkilərinin keçirilməsinin mümkün olması üçün əvvəlki komissiyanın işçi təkliflərindən istifadə etməklə ən qısa zamanda dəyişikliklər layihəsinin olması nəzərdə tutulur.
“Əslində qızıl balıq nağılındakı kimi Paşinyan artıq baş nazir olmaq istəmir, indi də birbaşa prezident olmaq istəyir…”, – qəzet yazıb. 7times.az
Follow @7timesaz