Pekin Universitetinin alimləri müəyyən ediblər ki, təsdiqlənmiş COVID-19 diaqnozu olan insanlar arasında təxminən 40 faiz koronavirus infeksiyasının asemptomatik daşıyıcısıdır.
Tədqiqat “JAMA Network Open” jurnalında nəşr edilib.
Mütəxəssislər 95 elmi məqalənin nəticələrini tədqiq edərək belə nəticəyə gəliblər ki, xəstəliyə yoluxan hər beş nəfərdən ikisi xəstəliyi simptomsuz keçirir.
Ümumilikdə tədqiqat 29 milyondan çox insanı əhatə edir.
Qeyd olunur ki, yoxlanılan əhali arasında asemptomatik infeksiyalar ümumilikdə 0,25 faiz təşkil edib. Qocalar evinin sakinləri (4,52 faiz), hava və kruiz gəmisinin sərnişinləri (2,02 faiz), tibb işçiləri və ümumi xəstəxana xəstələri (0,4 faiz) və hamilə qadınlar (2,34 faiz) ayrıca təhlil edilib. Məlum olub ki, koronavirus infeksiyası diaqnozu qoyulanların 40,5 faizi asemptomatik daşıyıcıdır.//oxu.az
Follow @7timesaz