Bakıda döyülmə hadisəsi baş verib.
7times.az xəbər verir ki, “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1970-ci il təvəllüdlü Məmmədov Tahir Yaqub oğlu tanıdığı 4-5 şəxs tərəfindən döyülüb.
Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qabirğanın sınığı, burunun yumşaq toxumalarının və döş qəfəsinin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz