Bu il İranda azı 15 qadın edam edildi

backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il İranda azı 15 qadın edam edilib

7times.az  xəbər verir ki, bu barədə BBC hüquq müdafiəçilərinin məlumatına istinadla xəbər yayıb.

Bildirilib ki, bu il İranda onlarla qadın ölüm cəzasına məhkum edilib və edam olunub. Onların əksəriyyəti qadınlara qarşı zorakılıq tətbiq edən ərini və ya sevgilisini öldürməkdə təqsirli bilinib. Osloda yerləşən və İranda ölüm hökmünün tətbiqinə nəzarət edən İran İnsan Haqları qeyri-hökumət təşkilatının məlumatına görə, edam edilən sonuncu qadınlardan biri bu Susan Rezaipur olub. Ölüm hökmü oktyabrın 27-də icra edilən xanım əmisi oğlu olan ərinin qətlinə görə ən ağır cəza alıb. Qadın altı il həbsdə yatdıqdan və əmisi də daxil olmaqla, mərhumun yaxın qohumları onu bağışlamaqdan imtina etdikdən sonra edam edilib. Məhkəmədə Susan Rezaipur bildirib ki, qətl baş verən gün əri həddən artıq sərxoş olub və onu döyüb. Qadın artıq buna dözə bilməyərək özünü qorumaq üçün onu öldürüb.

Ölkədə edam edilən qadınların sayının artması da ciddi narahatlıq doğurur. Təşkilatın məlumatına görə, təkcə bu il İranda azı 15, 2010-cu ildən bu yana isə ən azı 170 qadın edam edilib.//Publika.az