ABŞ ordusu Qara dəniz üzərində uçuşlarını davam etdirəcək və beynəlxalq hüququn icazə verdiyi yerlərdə fəaliyyət göstərəcək.
7times.az axar.az-a istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.
“Beynəlxalq qanunların icazə verdiyi yerdə uçmağa və yeriməyə davam edəcəyik”, – Kirbi vurğulayıb.
O qeyd edib ki, Qara dəniz beynəlxalq suların bir hissəsidir:
“Əməliyyatlarımızı davam etdiririk, dəyişikliklərin olacağını düşünmürəm”.
Follow @7timesaz