Beynəlxalq hüquq prinsipləri arxasında gizlənən Qərbin manipulyasiyalarından bezmişik.
7times.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putinin sözlərinə görə, Qərb ölkələri müxtəlif bəhanələrlə, o cümlədən öz təhlükəsizliklərini təmin etmək üçün ərazilərindən minlərlə kilometr kənarda hərəkət edirlər:
“Beynəlxalq hüquq və BMT Nizamnaməsi onlara müdaxilə edəndə isə bütün bunları köhnəlmiş və lazımsız elan edirlər. Nə isə onların maraqlarına uyğun gələndə dərhal beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə, beynəlxalq humanitar hüquqlara istinad edirlər. Bu manipulyasiyalar bezdirib”.
Follow @7timesaz