Türkiyənin Gürbulak Gömrük Hüquq-Mühafizə İdarəsi İrandan ölkəyə daxil olan ağır tonnajlı yük avtomobilində 462,5 kiloqram metamfetamin aşkar edib.
7times.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş özünün “Twitter” səhifəsində yazıb.
Ticarət Nazirliyindən yayılan açıqlamada isə qeyd olunub ki, indiyədək Türkiyədə bu miqdarda metamfetamin ələ keçirilməyib. Bu, ən yüksək miqdardır.
Narkotik maddə müsadirə olunub və sürücü saxlanılıb.
Follow @7timesaz