Maqazin

Elza Seyidcahan: “Arzu edirəm ki, qatıq satım” – VİDEO

Elza Seyidcahan: “Arzu edirəm ki, qatıq satım” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub.

Uşaq vaxtı qatıq satdığını etiraf edən sənətçi indi də qatıq hazırlayıb satmaq istədiyini deyib:

“Atam bizə pul göndərmirdi deyə anam da qatıq mayalayırdı, şirniyyat bişirib satırdı. Nizami adında bir qohumumuz vardı. Onun süd maşını vardı. Bizə süd gətirirdi. Anam da qatıq çalıb satırdı.

Bir gün qatıqları mənə verdi ki, aparıb satım. Yolda məndən 2-3 yaş böyük oğlanlar qatıqları məndən alıb üzünü yedi. Mən də ağlaya-ağlaya gəldim evə. Anama dedim, o da mənimlə birgə ağladı. Arzu edirəm ki, daha çox qatıq satım. İmkanım olsun heyvandarlıqla məşğul olum, o qatıqları özüm mayalayıb satım” – deyə, müğənni qeyd edib.