Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildəki ilk xarici səfərini Çinə edəcək.
7times.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Putin Pekin Qış Olimpiadasına qatılacaq.
Peskov onu da əlavə edib ki, Putinin 2022-ci il xarici səfər proqramında tək dayanacaq Pekindir.
Qeyd edək ki, ABŞ və onun üç müttəfiqi – Avstraliya, Böyük Britaniya və Kanada 2022-ci il Oyunlarını diplomatik boykot elan ediblər. Bundan sonra Slovakiya da eyni addımı atıb. 2022-ci il Olimpiadasına getməkdən imtinanın rəsmi səbəbi Çində insan haqlarının pozulmasıdır.
Follow @7timesaz