Maqazin

Toylarda vətənpərvərlik mahnıları – “Şəxsən mən oxuyuram“

Toylarda vətənpərvərlik mahnıları – “Şəxsən mən oxuyuram“backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Qarabağ müharibəsi həyatımızda elə iz qoydu, elə köklü dəyişikliklər etdi ki, bəlkə də bir ömür boyu “müharibə olmasaydı, belə olardı, elə olardı…” deyəcəyik.

Həyatın hər sahəsinə təsir göstərən müharibə el şənliklərindən də yan ötməyib.

Amma toyda-düyündə çıxış edən müğənnilər öz repertuarlarında hansı dəyişikliklər edib? Qələbə, Vətən, qəhrəmanlıq mövzusu mahnılarda əks olunubmu?

7times.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Afət Fərmanqızı el şənliklərində yeri gəldikcə vətənpərvərlik mahnıları oxuduğunu qeyd edib:

“Mənim repertuarımda elə mahnılar var. Hələ aprel döyüşləri vaxtı toylarımızda bu cür mahnıları ifa elədim. “Salam yetir Qarabağa” adlı mahnım məhz həmin ərəfədə yazılıb. Musiqisi Əli Pormehirindir, sözləri döyüşlər zamanı özüm düzüb-qoşmuşam. Bundan başqa, sözləri və musiqisi Əlibaba Məmmədova aid olan “Vətən, sənə vurulmuşam” adlı mahnım var. “Türk balası qurd olur, gəzdiyi yer yurd olur” adlı mahnı da üstəlik. O türk mahnısıdır, sosial şəbəkədə tapmışam, marş stilində idi, mahnıya bəzi düzəlişlər edib oxumuşam.

Həmin mahnıları toylarda zaman-zaman ifa etməmi istəyiblər, daim repertuarımdadır. Bu yaxınlarda Şirvan şəhərində qazimizin toyunda oxudum. Həmin toyda şəhid ailələri var idi, oxudum, əllərindən öpdüm. Məclisə bayrağımız gəldi, dalğalandı.

Ümumiyyətlə, hiss edirəm ki, müharibədən sonra vətənpərvərlik ruhu insanlarda daha yüksəkdir”.