2021-ci ildə ən çox qol vuran müdafiəçilər bəlli olub.
7Times.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası araşdırma aparıb.
Follow @7timesaz
Nigeriyanın “Plato Yunayted” klubunun futbolçusu Zulkifilu Rabiu və Kosovo “Priştina”sından Besnik Krasniki hərəyə 14 qola imza atıblar.
Hər iki müdafiəçi yalnız daxili çempionatda fərqlənib. Rabiu bunlardan 3-nü, Krasniki isə 9-nu penaltidən qola çevirib. Bu səbəbdən nigeriyalı oyunçu siyahının ilk pilləsində qərarlaşıb.