İngiltərə Çempionşipində mübarizə aparan “Hall Siti” klubunun səhmlərini alan türkiyəli aparıcı və iş adamı Acun İlicalı ilk transferini reallaşdırmaq niyyətindədir.
7Times.az Offsideplus.az-a istinadən xəbər verir ki, funksioner bu gün “Bursaspor”la yolları ayrılan Emirhan Aydoğanı komandasında görmək istəyir. “Hürriyyət” nəşrində yayılan məlumata görə, 24 yaşlı mərkəz yarımmüdafiəçisinin sözügedən kluba transfer an məsələsidir.
Onun məvacibi və şərtlər haqda informasiya verilməyib.
Qeyd edək ki, Aydoğan “Bursaspor”un öz yetirməsidir. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasına xitam verilib.
Follow @7timesaz