“Qarderobumda çox şey yoxdur, ola da bilməz. Əsas odur ki, papaq var”.
7Times.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər “Həmin Zaur” proqramında deyib. Xanəndə geyimləri haqda sualları cavablandırıb:
“Geyimə çox pul xərcləmirəm. Amma hərdən deyirlər, toya bahalı paltar geyinməlisən ki, çox pul versinlər. Uşaq olanda bahalı geyim, maşın gözəl olur. Böyüyəndə isə yox. Mənə o qədər brilyant üzük, nələrsə veriblər. İstifadə etmədiyim üçün hamısını başqalarına bağışlamışam”.
İfaçı 3-4 ildir telefon işlətmədiyini söyləyib:
“Zənglərə hər zaman özüm cavab vermişəm. Mənim çantadaşıyanım, prodüserim, telefona cavab verənim olmayıb. Amma yorulmuşam, xahiş etmişəm mənim telefonla işim olmasın”.
Follow @7timesaz