Əməkdar artist Nüşabə Ələsgərli həyat yoldaşı Reza Toni ilə şəklini sosial şəbəkədəki səhifəsində paylaşıb.
7Times.az Lent.az-a istinadən xəbər verir ki, ifaçı paylaşımına “Günaydın” sözünü qeyd edib.
Qeyd edək ki, N.Ələsgərli bir müddət öncə həyat yoldaşı ilə bağlı yazılan rəylərə bu cür cavab vermişdi: “Deyirlər ki, ərin oğlun yaşındadır. Lap desinlər ki, nəvəsi, nəticəsi, kötücəsi yaşındadır. Dostlar sevinsin, düşmənlər də partlasın. Neyləyim indi, ayrılım? Kimsə nəsə yazacaq deyə ayrılım kişidən? 14 ildir bir yerdəyik. Onun 46, mənim 53 yaşım var. İndi hansı dövrdür ki, yazırlar ki, “mən nənəyəm, o, nəvəmdir”. Sizə nə? Sizi narahat edən nədir?”