Maqazin

Məşhur blogerdən Elzaya: “Çox ayıb olsun! Bu cəmiyyətdə nə qədər kişi düşkünü…” – FOTO

Məşhur blogerdən Elzaya: “Çox ayıb olsun! Bu cəmiyyətdə nə qədər kişi düşkünü…” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Əməkdar artist Elza Seyidcahanın söylədiyi  “Qadınların borcudur ki, hər zaman ərlərinin xəyanətini bağışlasınlar” fikri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Onların böyük əksəriyyəti sənətçinin bu fikri ilə razılaşmayaraq onu tənqid atəşinə tutublar.

7Times.az BAKU.WS-a istinadən xəbər verir ki, Əməkdar artisti qınayanlardan biri də məşhur bloger Nagehan Abdullayevadır. O, sosial şəbəkə hesabında Seyidcahanın ünvanına sərt sözlər söyləyərək onu tənqid edib:

“Çox ayıb olsun. Bir qadın necə bu cümləni qura bilər? Niyə bu cəmiyyətdə kişi, ər düşkünü qadınlar var? Təki kişi olsun, nə istəyir etsin. Biz bu qədər zəifik? İndiki dövrdə kişidən yaxşı qazanan, çox işləyən xanımlar var. Hansı ki, onlar ailəyə baxırlar. Kişinin borcudur ki, xanımına sədaqətli olsun, hörmət etsin. Çünki kimsə onun həyatını paylaşdığı xanımdan üstün deyil”.

Xatırladaq ki, Elza Seyidcahan açıqlamalarından birində kişinin qadına xəyanətini dəstəkləyən fikirlər səsləndirib:

“Baxırsan ki, hər şeyləri var, xoşbəxtdirlər. Amma “Ərim mənə xəyanət edir” deyib boşanırlar. Heç xəyanətə görə boşanarlar? Qadınların borcudur ki, hər zaman ərlərinin xəyanətini bağışlasınlar”.