Dünən “Qalatasaray”dan ayrılan Fatih Terim klubla vidalaşıb.
7Times.az xəbər verir ki, bu gün “Florya Mətin Oktay” bazasına gələn təcrübəli çalışdırıcı futbolçularla və işçilərlə sağollaşıb.
Qeyd edək ki, bu, Fatih Terimin “Qalatasaray”dan 4-cü istefasıdır. O, 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də İstanbul təmsilçisinin çalışdırıcısı olub.