Maqazin

“Avroviziya”ya getmək üçün ciddi əlaqələrin olmalıdır”

“Avroviziya”ya getmək üçün ciddi əlaqələrin olmalıdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanəsilli rusiyalı müğənni Diana Ankudinova Rusiyanı “Avroviziya-2022”də təmsil edəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

7Times.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, 18 yaşlı ifaçı “Murmanski vestnik” nəşrinə müsahibəsində jurnalistin “Mənə elə gəlir ki, əgər siz “Avroviziya”ya getsəydiniz, qalibiyyət mütləq sizin olardı” fikrinə belə cavab verib:

“Mən belə deməzdim! Orada hər şey çox qəlizdir. “Avroviziya” – əlbəttə ki, əladır. Amma ora düşmək çətindir, gərək ciddi əlaqələrin olsun. Ola bilsin, mənim ora düşmək məqsədim var və əgər dəvət etsələr, əlbəttə razılaşaram, amma iştirakın şərtlərindən asılıdır”.

Daha əvvəl “Super.ru” nəşri bildirmişdi ki, Ankudinovanın namizədliyində müğənnini uzun müddətdir dəstəkləyən NTV telekanalının baş direktoru və əsas əyləncə proqramlarının yaradıcısı Timur Vaynşteyn maraqlıdır.

Xatırladaq ki, atası azərbaycanlı olan müğənni “Tı super!” şousunun iki mövsümünün və “Şoumaskqouon” layihəsinin qalibidir.